Demokratlardan prezidentliyə namizəd Kamala Harris rəqibi, Respublikaçı Donald Trampı “faşist” adlandırıb.
Bizim.Media xəbər verir ki, Harris CNN-də proqramın izləyicilərindən birinin verdiyi müvafiq suala müsbət cavab verib.
"Bəli, mən də hesab edirəm ki, onu bu tərəfdən ən yaxşı tanıyan insanlara etibar etmək lazımdır", deyə Harris qeyd edib.
O, çox güman ki, Trampla işləyən və ona müvafiq xarakteristikalar verən keçmiş yüksək vəzifəli dövlət məmurlarını nəzərdə tutub.
Onların arasında Trampın baş qərargah rəisi Con Kelli və Trampın prezidentliyi dövründə Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri olmuş general Mark Milley də var.
Tramp Harrisin çıxışını Truth Social sosial şəbəkəsində şərh edərkən bildirib ki, onun rəqibinin beyni pozulub və getdikcə ritorika səviyyəsini yüksəldir:
“Artıq o həddə çatıb ki, məni Adolf Hitler adlandırıb. Görəsən, onun azğın beynində nə baş verir?”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:55 / 24.10.2024
Kamala Harris Trampı “faşist” adlandırdı
Hazırda oxunan: Kamala Harris Trampı “faşist” adlandırdı
Hazırda oxunan: Kamala Harris Trampı “faşist” adlandırdı
217564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.