Ankarada TUSAŞ aerokosmik şirkətində törədilən terror aktı zamanı ölənlərin sayı 4 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO
O qeyd edib ki, hadisə nəticəsində 4 xüsusi təyinatlı qüvvələrin əməkdaşı şəhid olub. Həmçinin 3-ü ağır olmaqla,14 nəfər xəsarət alıb.
Bildirilib ki, biri qadın olmaqla, 2 terrorçu zərərsizləşdirilib. Digər bir terrorçunun saxlanması istiqamətində işlər aparılır.
Bizim.Media