Oktyabrın 22-si saat 22:00-a olan məlumata əsasən Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli yağış, dağıq ərazilərdə isə qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.
MÖVZU İLƏ BAĞLI:
Cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.
Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.
Bizim.Media