Rauf Arifoğlunun açıqlamasına Arif Hacılı və Pənah Hüseyndən CAVABLAR

Rauf Arifoğlunun açıqlamasına Arif Hacılı və Pənah Hüseyndən CAVABLAR

Hazırda oxunan: Rauf Arifoğlunun açıqlamasına Arif Hacılı və Pənah Hüseyndən CAVABLAR

21728

“2003-2005-ci il fraqmentlərinə baxsınlar. Burada Azərbaycan jurnalistikasında olan bütün liderlər məni satdılar, yəni mənim əleyhimə yalan ifadə verdilər. İstintaq çalışırdı ki, mən mütləq həbs olunum, çünki müəyyən çəkim var idi və o çəkini sındırmaq üçün çoxsaylı ifadələr var idi.

İndi yekə-yekə danışan liderlərin hamsının dosyaları əlimdədir. Məni 1041 nəfərin lideri kimi təsbit etdilər. Baxmayaraq ki, orada Sərdar Cəlaloğlu var idi, Arif Hacılı var idi, baş nazir olmuş Pənah Hüseyn var idi, İbrahim İbrahimli var idi, amma məni bütün o prosesin lideri etmişdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Arif Hacılı: “86.6 min kv.km ərazimizdən irəli getməmişik”


Açıq şəkildə böhtan xarakterli ifadə verib indi yekə-yekə danışan siyasi liderlər var ki, mən onlara hər dəfə baxanda utanıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu müsahibələrinin birində açıqlayıb. Azərbaycanlı jurnalist digər suala cavabında bildirib ki,  1993-cü ildə Elçibəy Heydər Əliyevi çağırdı:

“Həmin müddətdə onun ən doğru addımı bu idi. O qurtuluş günü YAP-çılar üçün, Azərbaycan üçün deyildi, bizim üçün idi. O gəlməsə idi, bizi Sürət Hüseynov asacaqdı. Çünki məlum oldu ki, liderlərimizin hamısı qorxaqdır, hamısı qaçdılar. Mən burada Elçibəyi istisna edirəm. Çünki onun başqa çarəsi olmadı. Vətəndaş müharibəsinin qarşısını almaq üçün başqa yerə getmədi, öz kəndinə getdi. Amma yerdə qalan hər kəs - hərbçisi də, qoşun komandiri də, naziri də, döyüşçüsü də, hər kəs qaçdı. Ortada bir adam qalmadı”.
​​​​​​​

Rauf Arifoğlunun 1041 nəfərin lideri kimi həbs olunmnasına cavabında Müsavat partiyasının sədri Arif Hacılı bildirdi ki, “həmin hadisələrlə bağlı nəyin necə olduğu məhkəmə işi və bəzi sənədlərdə var.


Hazırda sükan arxasındayam və bu mövzu mənim maraq dairəmdə deyil”

O zaman uyğun bilirsinizsə, Rauf Arifoğlunun açıqladığı ikinci məsələyə aid sualı ünvanlayaq?

“Yox”.

Qeyd edək ki, ikinci sualımız Əbülfəz Elçibəydən başqa hamının - nazir və digər vəzifəlilərin qaçması ilə bağlı idi. Halbuki Arif Hacılı 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri olub.

Müsavat Partiyasının liderindən cavab ala bilmədiyimiz üçün eyni sualları Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndən soruşduq.

Çünki Arifoğlunun müsahibəsində Pənah Hüseynin də adı çəkilir və bununla yanaşı Azərbaycan Xalq Partiyasının rəhbəri 1993-cü ildə qısa müddətdə olsa da, ölkənin 3-cü baş nazir olub.

Elə salamlaşıb suala başlamaq istədik ki, Pənah Hüseyn “mən Rauf Arifoğlunun müsahibəsini şərh etmişəm. Başqa sualınız varmı” cavabını verdi. Yəni, bu müsahibə də baş tutmadı. Daha doğrusu, əlaqə saxladığımız müxalfətçilərdən heç biri suallarımızı cavablandırmaq istəmədilər.

Susmaq həmişə qızıl olmur...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO