Almaniyalı deputatdan sərt AÇIQLAMA: “ABŞ-a sanksiya tətbiq edilməlidir” - FOTO

Almaniyalı deputatdan sərt AÇIQLAMA: “ABŞ-a sanksiya tətbiq edilməlidir” - FOTO

Hazırda oxunan: Almaniyalı deputatdan sərt AÇIQLAMA: “ABŞ-a sanksiya tətbiq edilməlidir” - FOTO

21714

Vaşinqtonun “Şimal axını 2” (Nord Stream 2) layihəsinin operatoruna qarşı bir sıra sanksiyalardan imtina etmək qərarından sonra bu qaz kəməri ətrafındakı vəziyyət qeyri-şəffaf olaraq qalır. Amerikaya qarşı gömrük rüsumlarının artırılması da daxil olmaqla əks tədbirlərə başlamaq siyasi cəhətdən doğru olardı.

Bizim.Media xəbər verir ki, bunu Almaniya Bundestaqının Enerji Komitəsinin üzvü Steffen Kotre ("Almaniya üçün Alternativ") deyib.

Bundan əvvəl KİV-lər mənbələrə istinadən ABŞ administrasiyasının operatora və “Nord Stream 2 AG” şirkətinin rəhbərinə qarşı tətbiq olunan sanksiyalardan imtina etmək niyyətində olduğunu, eyni zamanda hələ də “Nord Stream 2”nin istismara verilməsinin qarşısı alındığını bildirmişdi. 

Daha sonra ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendez Vaşinqtonun operatora qarşı sanksiyaları dayandırdığını təsdiqləyib.

"Vəziyyət qarışıqdır. İnşasına cəmi bir neçə kilometr qalıb. Bunu hamı bilir. ABŞ administrasiyasının bu haqda nə vaxtadək düşünəcəyini bilmirəm. Ümid edirəm ki, bu, vacib layihədir. Nəhayət uğurla başa çatmalıdır”, deyən Kotre qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO