Xəbər verdiyimiz kimi, Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan dünən Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsinə dair sənədin fotosunu yayımlayıb. Sənədə əsasən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesində hər iki tərəf yeni razılığa gəlib.
Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan belə sənədin imzalanacağını təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Mikael Minasyan Azərbaycan-Ermənistan sərhədi ilə bağlı sənəd paylaşdı - FOTO
Bizim.Media xəbər verir ki, informasiya Telegram kanalının Ermənistan seqmentində yayılıb.
O, Minasyanın nəşrinə münasibət bildirərək qeyd edib ki, sənəd anti-ermənidirsə, niyə qismən yayımlanır?
Eyni zamanda, Paşinyan əlavə edib ki, bu, hazırlıq mərhələsində olan sənədidir, deməli onu Minasyana yalnız Azərbaycan verə bilər.
Paşinyan Serj Sarkisyanın kürəkənini Bakının Ermənistandakı təsir agenti də adlandırıb.
Bizim.Media