İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, İrana qarşı istənilən hücum qırmızı xətti keçmək deməkdir və belə bir hücum cavabsız qoyulmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim News” nəşri yazıb.
“İranın nüvə obyektlərinə edilən istənilən hücuma və ya buna bənzər hər hansı hücuma lazımi cavab veriləcək. Biz iqtisadi və mülki obyektlərə hücum etmədik və yalnız hərbi obyektləri hədəf aldıq”, - deyə İran XİN rəhbəri vurğulayıb.
Abbas Əraqçının sözlərinə görə, indi İran İsraildəki bütün hədəfləri müəyyənləşdirib.
Bizim.Media