Yanvar-aprel aylarında neft-qaz sektoruna 1 milyard 821,1 milyon manat yönəldilib. Ötən ilin eyni ayları ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 0,7 faiz azalıb.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 4 ayda neft-qaz sektorunda 9 milyard 246,9 milyon manatlıq məhsul istehsal olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan neft ixracını azaltdı
Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,9 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 8,4 faiz geriləyib.
Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda istehsal edilib. Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 98,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 98 faiz təşkil edib. Əvvəlki aya nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi üzrə apreldə 98,3 faiz olub.
Aprelin 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33 min nəfər çalışıb. Yanvar-mart aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3237,8 manat təşkil edib.
Bizim.Media