Lerikdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Qışlaq kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini, 1965-ci il təvəllüdlü Mehman Ağamməd oğlu Höccətov idarə etdiyi "Ford Transit" markalı avtomobilində idarəetməni itirib. Nəqliyyat vasitəsi dərəyə duşərkən sürücü yolda avtomobildən çölə atıla bilib.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Höccətov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim Media, Cənub bürosu