Türkiyədə “3+3” formatında görüş keçiriləcək - Hakan Fidandan açıqlama

Türkiyədə “3+3” formatında görüş keçiriləcək - Hakan Fidandan açıqlama

Hazırda oxunan: Türkiyədə “3+3” formatında görüş keçiriləcək - Hakan Fidandan açıqlama

216153

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 18-də İstanbulda keçirilməsi planlaşdırılan Cənubi Qafqaz üzrə 3+3 platformasının iclasında Rusiya, Azərbaycan, Ermənistan və İran xarici işlər nazirlərinin iştirakına ümid edir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Hakan Fidan Ankarada İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz 3+3 formatında region ölkələri ilə Cənubi Qafqaz məsələləri üzrə işimizi və məsləhətləşmələrimizi davam etdiririk. Ümid edirəm ki, bu mühüm platformanın üçüncü toplantısı oktyabrın 18-də İstanbulda keçiriləcək. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edəcək", deyə o, qeyd edib.

Xatırladaq ki, 3+3 formatında Gürcüstan da yer alır. Ancaq bu ölkə əvvəlki görüşlərin heç birində iştirak etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO