Azərbaycanda vergi ödəyicilərinin sayı 6 faizə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 6 faizə yaxın artıb

Hazırda oxunan: Azərbaycanda vergi ödəyicilərinin sayı 6 faizə yaxın artıb

215665

Cari ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 576 min 898 vergiödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,6 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı 8 faiz artaraq 186 min 247 vahid təşkil edib.

Yanvar-sentyabr ayları ərzində 10 min 194 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 8378-i (82,2 faizi) elektron qaydada, onların isə 1557-si finkod+mobil üsulla, 6794-ü “ASAN İmza”, 27-si isə SİMA rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib. Həmin dövr ərzində dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.

Bu ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı əvvəlki ilik müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO