Güzdək qəsəbəsində şəhidin xatirə bulağının açılışı - FOTOLAR

Güzdək qəsəbəsində şəhidin xatirə bulağının açılışı - FOTOLAR

Hazırda oxunan: Güzdək qəsəbəsində şəhidin xatirə bulağının açılışı - FOTOLAR

21519

Abşeron rayonu, Güzdək qəsəbə şəhidi Turabov Rüstəm Fərman oğlunun xatirə bulağının açılışında Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədova ilə birgə iştirak etdik. 

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Şahin Seyidzadə özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Rüstəm Turabov 2016-cı ildə hərbi xidmətə yollanaraq, Şəmkir rayonu Hərbi Hava Qüvvələrində xidməti başa vurub:
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz – Şəhidin son arzusu


“2020-ci ilin sentyabr ayının 29-da könüllü olaraq Qarabağın azad edilməsi uğrunda cəbhəxətti boyu gedən döyüşlərə qatılan şəhid Rüstəm Turabov Füzuli, Hadrud, Xocavənd istiqamətində döyüşlərdə şücaət göstərib.

2020-ci ilin oktyabr ayında Ərgünəşli yüksəkliyinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid Rüstəm Fərman oğlu Turabov "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO