Kim Çen İn cins şalvar geyinməyi qadağan etdi

Kim Çen İn cins şalvar geyinməyi qadağan etdi

Hazırda oxunan: Kim Çen İn cins şalvar geyinməyi qadağan etdi

21515

Şimali Koreya lideri Kim Çen İn qorxur ki, Şimali Koreyalı gənclər arasında özünüifadə və fərdilik ifadələri nəticədə ölkənin qurulmuş rejiminin devrilməsinə gətirib çıxara bilər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Daily Mirror” nəşri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kim Çen İn hər il tək özü qəhvə üçün 940 min dollar xərcləyir


Mənbə yazır ki, bununla bağlı dövlət başçısı bir sıra işlər görüb.

Xüsusilə, Kim Çen İn qısa və cırıq cinsləri qanunsuz elan edib. Artıq ekstravaqant "anti-sosialist" saç düzümləri həm də ictimai quruluşa təhdid əlaməti kimi qəbul ediləcək. 

KXDR sakinlərinə seçim üçün icazə verilən saç kəsimlərinin məhdud siyahısı təqdim edilib. “Şimali Koreya lideri qorxur ki, Qərbin ölkə gəncliyinə təsiri rejimi çökdürə bilər”, deyə nəşr vuğrulayıb.

İddia edilir ki, Kim Çen İn getdikcə rejimin devrilməsindən narahat olur.

Bununla əlaqədar o, daha əvvəl israfçı dəbə riayət edən insanların əmək düşərgələrinə göndərilməsinə dair fərman verib.

Bundan əvvəl dövlətə məxsus “Nodon Sinmun” gündəlik qəzeti və KXDR İşçi Partiyasının əsas mətbu orqanı əhalini Kim Çen İnin etdiklərini dəstəkləməyə çağırıb. 

Nəşrlərin jurnalistləri xəbərdarlıq ediblər ki, kapitalist həyat tərzi ölkəni məhv edə bilər:

“Kapitalist həyat tərzinin ən kiçik əlamətlərindən belə ehtiyatlı olmalı və bunlardan qurtulmaq üçün əlimizdən gələni etməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO