Britaniya hakimiyyət dəyişikliyinə hazırlaşır? - DETALLAR

Britaniya hakimiyyət dəyişikliyinə hazırlaşır? - DETALLAR

Hazırda oxunan: Britaniya hakimiyyət dəyişikliyinə hazırlaşır? - DETALLAR

215081

Böyük Britaniya Kralı III Çarlzın səhhəti kral ailəsinin üzvləri və onların yaxınlarında ciddi narahatlıq doğurur. Sarayda artıq mümkün hakimiyyət dəyişikliyi və bu baş verənə qədər hansı addımların atılmalı olduğu fəal şəkildə müzakirə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Beast" nəşri yazıb.
 

Mənbə qeyd edir ki, III Çarlzın monarxların əsrlər boyu davam edən xəstəliklərini gizlətmək ənənəsini pozaraq öz xəstəliyi barədə açıq elan etməsi vəziyyətinin ciddiliyindən xəbər verir.


Ekspertlər hesab edirlər ki, anası Kraliça II Elizabetin ölümündən sonra 2022-ci ilin sentyabrında taxta çıxan 74 yaşlı monarx artıq "finiş xəttinə" yaxınlaşıb.

Xatırladaq ki, fevralın əvvəlində III Çarlzda onkoloji xəstəlik aşkar edildiyi məlum olub və bununla əlaqədar həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər.

III Çarlzın vəfatı halında taxt-tac onun böyük oğlu - Şahzadə Uilyama keçəcək. Bu hadisə Uilyamla kiçik qardaşı Şahzadə Harri arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə bilər, çünki Uilyamın taxta çıxmasından sonra Harri kral ailəsi ilə barışmağa ümid edə bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO