İran-İsrail qarşıdurmasını Azərbaycanda da diqqətlə izləyirlər. Bir tərəfdə 50 milyon azərbaycanlının yaşadığı qonşu İran, digər tərəfdə dost İsrail.
Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun Xəbər” proqramında yer alıb.
“Təbii ki, müharibəni heç kim istəmir. Bizə qonşuluğumuzda savaş meydanı lazım deyil. Amma İranla İsrailin barışıq əldə etməsi mümkünsüz görünür. Baxmayaraq ki, İslam inqilabından əvvəl dost ölkələr olublar.
İran İsrailin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İsrailə neft də satıb. İslam inqilabından sonra isə İran bu ölkəni ABŞ ilə birlikdə əsas düşməni elan edib. Yəni bu iki ölkənin barışması üçün İranda islamçılar hakimiyyətdən getməlidir. Bunun işartısı hələ ki, yoxdur. Bölgə savaşa hamilədir. Bəs müharibə olsa, nəticəsi necə ola bilər? Bakı sakinləri bu barədə nə düşünür?”, deyə materialda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:16 / 06.10.2024
İranla İsrail arasında müharibə olacaqmı? - VİDEO
Hazırda oxunan: İranla İsrail arasında müharibə olacaqmı? - VİDEO
Hazırda oxunan: İranla İsrail arasında müharibə olacaqmı? - VİDEO
214854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.