Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsasən şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:32 / 05.10.2024
Sabah hava necə OLACAQ?
Hazırda oxunan: Sabah hava necə OLACAQ?
Hazırda oxunan: Sabah hava necə OLACAQ?
214663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.