1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə əlaqədar bir qrup prokurorluq işçisi xidməti vəzifələrini nümunəvi icra etdiklərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə təltif edilib.
Bizim.Media xəbər verir ki, baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif olunub.
Qeyd edək ki, 26 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə Firad Əliyevi "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif ediblər.
Bizim.Media