2 yaşlı uşağı döyüb yandıran atalığı HƏBS EDİLDİ - FOTO

2 yaşlı uşağı döyüb yandıran atalığı HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: 2 yaşlı uşağı döyüb yandıran atalığı HƏBS EDİLDİ - FOTO

213811

Göygöldə 2 yaşlı uşağa müxtəlif dərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb.
 

Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO