İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 4 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universiteti rektoru Məhəmməd Təqi Aşubi yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərlənib.
Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır. 16 nəfərə dializ xidmətləri göstərilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:45 / 30.09.2024
İranda saxta spirtli içkilərdən 4 nəfər VƏFAT ETDİ
Hazırda oxunan: İranda saxta spirtli içkilərdən 4 nəfər VƏFAT ETDİ
Hazırda oxunan: İranda saxta spirtli içkilərdən 4 nəfər VƏFAT ETDİ
213712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.