Ona sataşan şəxsi döyüb, telefonunu əlindən alan şəxsə AĞIR CƏZA

Ona sataşan şəxsi döyüb, telefonunu əlindən alan şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Ona sataşan şəxsi döyüb, telefonunu əlindən alan şəxsə AĞIR CƏZA

213267

Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Rəhman Qurbanəlizanin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi tətbiq edilməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Rəhman Qurbanəlizadə ona küçədə sataşan Emin Məmmədovu döyüb, daha sonra onun telefonunu alıb.

Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxs Emin Məmmədov isə ifadəsi zamanı təqsirləndirilən şəxsin ona dəyən ziyanın ödədiyini və ondan şikayətçi olmadığını bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO