Avtomobildən qaçan qadının fiziki təzyiqə məruz qalması ilə bağlı rəsmi açıqlama - VİDEO

Avtomobildən qaçan qadının fiziki təzyiqə məruz qalması ilə bağlı rəsmi açıqlama - VİDEO

Hazırda oxunan: Avtomobildən qaçan qadının fiziki təzyiqə məruz qalması ilə bağlı rəsmi açıqlama - VİDEO

21304

Sosial şəbəkələrdə qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslər məlumdur.

Bizim.Media DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin yayılan görüntülərlə bağlı bildirdiyi məlumata istinadən xəbər verir ki, fakt mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb:

"Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib.

Avtomobildən uzaqlaşmağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər.

Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".

Sözügedən videonu sizə təqdim edirik:
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO