Lənkəranda, Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.
Bizim.Media xəbər verir ki, Xəzər dənizinin Lənkəran sahilində baş tutan sahilyanı təmizlik aksiyasına 100-dən artıq iştirakçı qatılıb.
Könüllülər müxtəlif qruplara bölünərək tullantıları yığıblar. Təmizlik aksiyası çərçivəsində sahil zolağı plastik və digər tullantılardan təmizlənib.
Tullantıları yığdıqdan sonra könüllülər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif təlimlər və sessiyalar həyata keçiriləcək. Bunlar COP – 29, ekoloji maarifləndirmə və eyni zamanda dayanıqlı davranışları mənimsəmək üçün keçirilən təlimlərdir. Ümimilikdə biz COP – 29 əməliyyat şirkəti olaraq bu tip maarifləndirici tədbirləri mütəmadi olaraq həyata keçiririk.
Toplanan 1100 kiloqram tullantı utilizasiya üçün Lənkəran Şəhər Abadlıq İdarəsinə təhvil verilib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu