Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
“Rusiya və Çinin hərbi fəallığının artması səbəbindən Alyaska sahillərində gərginlik artdığı üçün onlar oraya bir esmines və uzaqmənzilli raket sistemi ilə təchiz edilmiş ordu bölməsi göndəriblər”, - məlumatda qeyd olunub.
“Son bir ay ərzində Rusiya Hərbi Dəniz Qüvvələrinin bölgədəki fəaliyyətinə cavab olaraq “Sterett” esminesi Alyaska sahillərinə yerləşdirilib, ABŞ ordusunun bir hissəsi Alyaskanın ucqar adalarından birinə enib və orada yerləşən qırıcı eskadrilya yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, – nəşr vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:51 / 21.09.2024
ABŞ-dan Rusiyaya CAVAB – Alyaskaya əlavə qüvvələr GÖNDƏRİLİR
Hazırda oxunan: ABŞ-dan Rusiyaya CAVAB – Alyaskaya əlavə qüvvələr GÖNDƏRİLİR
Hazırda oxunan: ABŞ-dan Rusiyaya CAVAB – Alyaskaya əlavə qüvvələr GÖNDƏRİLİR
212468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.