Rusiyadan pul köçürmələrində KƏSKİN AZALMA – Səbəb NƏDİR?

Rusiyadan pul köçürmələrində KƏSKİN AZALMA – Səbəb NƏDİR?

Hazırda oxunan: Rusiyadan pul köçürmələrində KƏSKİN AZALMA – Səbəb NƏDİR?

211883

Rusiyadan Azərbaycana köçürülən vəsaitlərin həcmi 3 dəfə azalıb. Mərkəzi Bankın məlumatına görə, Azərbaycandakı əhaliyə Rusiya Federasiyasından pul köçürmələrinin həcmi cari ilin ilk yarımilində 287.05 milyon ABŞ dolları olub. Ötən il isə 608 milyon təşkil edib. 

Rusiyada yaşayan azərbaycanlı iş adamları...
 

MÖVZU İLƏ BAĞLI:

Dollar və avro UCUZLAŞACAQ? – MÜHÜM PROQNOZ


İqtisadçı Vüqar Bayramov Bizim.Media-ya bu barədə danışıb. O bildirib ki, Rusiya iqtisadiyyatındakı dəyişikliklərin nəticəsində köçürülən vəsaitlərin həcminin azalması gözlənilən idi. Bu isə daha çox iş adamlarına mənfi təsir göstərir. 

“Çox vacib məqamlardan biri Rusiyada yaşayan azərbaycanlı iş adamlarının gəlirləridir. Bizim monitorinqlər göstərir ki, həmin gəlirlərdə də azalmalar müşahidə edilib. Təbii ki, bu azalmalar həm də Rusiyadan Azərbaycana göndərilən vəsaitlərinin həcminə təsir göstərir”.

Göndərilən vəsaitlərin azalması Azərbaycana necə təsir edir?

İqtisadçının sözlərinə görə, MDB ölkələri arasında Azərbaycan xaricdən göndərilən pullardan ən az asılı olan ölkədir. 

“Ona görə də, bunun Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilmir. Amma sözsüz bizim üçün Rusiyada yaşayan azərbaycanlıların daha çox gəlir əldə etməsi, vəsait göndərməsi arzuolunandır. Çünki bu vəsait həm də onların burada ailələrinə, yaxınlarına göndərilir, bir sıra hallarda investisiya həyata keçirilir. Amma reallıq bundan ibarətdir ki, Rusiyaya qarşı olan sanksiyalar oradan göndərilən pulların həcminə təsir göstərir”.

Nuray, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO