Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Rüstəm Xəlilov 2019-cu ildən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. O, Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışlarının deputatı olub.
Bizim.Media