Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI

Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI

Hazırda oxunan: Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI

211649

Bakı metrosunda yaranan fasilənin səbəbi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov oxu.az-a açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda metro qatarında nasazlıq yarandı - GECİKMƏ OLUB


"Ötən ilin ilk tədris günü ilə müqayisədə sərnişin həddən artıq çoxdur. Hansı nasazlıqdan danışıldığını bilmirəm. Sadəcə, səhər pik saatlar başlayana qədər qatarların biri depoya getməli, digəri depodan çıxmalıdır. 


Qatar "Nərimanov" metrosundan elektrik deposuna gedəndə və əks istiqamətdən qayıdanda "Ulduz" - "Həzi Aslanov" istiqamətində iki dəfə artıq interval yaranır.

Üstəlik, qapıların saxlanılması və sərnişin sıxlığını nəzərə alsaq, qısamüddətli gecikmələr mümkündür. Ancaq bu gecikmələr dərhal aradan qaldırılır. Başqa bir texniki problem yoxdur", - deyə B.Məmmədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO