Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa oyunlarının biletləri satışa çıxdı

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa oyunlarının biletləri satışa çıxdı

Hazırda oxunan: Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa oyunlarının biletləri satışa çıxdı

21157

Futbol üzrə Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri mayın 15-dən satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər.

Biletləri M.Rəsulzadə 3, Bülbül prospekti, Nizami küçəsi və Üzeyir Hacıbəyli küçəsi 69 x ünvanlarındakı köşklərdən, 1, 2 və 3 saylı "ASAN xidmət" mərkəzlərindən almaq mümkündür.

Biletlərin qiyməti birinci kateqoriya üzrə 250, ikinci kateqoriya üzrə 150, üçüncü kateqoriya üzrə isə 60 manat təşkil edir.

Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.

"Avro-2020" ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləmək mümkündür. IOS istifadəçiləri //apps.apple.com/az/app/, android istifadəçiləri isə //play.google.com/store/apps/. linkindən istifadə etməklə tətbiqi yükləyə bilərlər.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Bakı ilə yanaşı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeştdə keçirilməsi planlaşdırılır. (publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO