Bakı metrosunda PROBLEM YARANDI – Sərnişin müdaxiləsi…

Bakı metrosunda PROBLEM YARANDI – Sərnişin müdaxiləsi…

Hazırda oxunan: Bakı metrosunda PROBLEM YARANDI – Sərnişin müdaxiləsi…

210772

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaşanıb. 

“Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya verilən məlumata görə, buna səbəb metronun “Qara Qarayev” stansiyasında sərnişinin vaqona müdaxiləsi olub. 

Belə ki, sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb: 

“Bunun nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə “Nərimanov” stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO