“Rusiya Hitlerin yolunu təkrarlayır” - Zelenski

“Rusiya Hitlerin yolunu təkrarlayır” - Zelenski

Hazırda oxunan: “Rusiya Hitlerin yolunu təkrarlayır” - Zelenski

210345

“Rusiya Federasiyası Hitlerin yolunu təkrarlayır, ona görə də “Minsk” razılaşması təkrarlana bilməz”. "Minsk” danışıqları bir tələdir və onun ən pis hissəsi də dondurulmuş münaqişədir. Təəssüf ki, Avropa Rusiyadan bu tələyə dəstək verdi. “Minsk” heç vaxt qayıtmamalı olduğunuz danışıqlardır. Bu, Rusiyaya bir təcavüzkar kimi ona hazırlaşmaq imkanı verən bir fasilədir”.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri bu barədə 50-ci “Ambrosetti” Beynəlxalq Forumunun sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Putin bütün dünyada ukraynalı uşaqları öldürmək üçün raketlər axtarır: “Biz isə hava hücumundan müdafiə axtarırıq. “Müharibə Ukrayna ərazisində gedir, lakin bütün dünya bundan əziyyət çəkir”.

Zelenski Kursk əməliyyatı haqqında da danışıb:

“Qərbin gözünü açmaq lazım idi, Putin bizi məhv etmək istəyir, ona görə də qoşunları geri çəkmir. Lakin mən G7 ölkələri və ABŞ lideri Co Baydenə müharibəni bitirmək istiqamətində Putinə təzyiq göstərmək üçün nə etmək lazım olduğunu göstərəcəyəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO