Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? – AÇIQLAMA

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? – AÇIQLAMA

Hazırda oxunan: Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? – AÇIQLAMA

210282

Son günlər əhali arasında kəskin baş - boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. Qrip simptomlarına bənzəsə də, sağalma müddətinə, sürətli yayılmasına görə fərqlənir. Virusa yoluxanların iddiasına görə,  qripin müalicəsində istifadə olunan dərmanlar heç biri effektiv nəticə vermir. Bir çox insanlar günlərlə yataqdan qalxa bilmir, halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir.

Ənənəvi qripdən fərqli olaraq insanlar yalnız həkimin təyin etdiyi və ya xəstəxanada müalicə olunduqdan sonra sağala bilirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı XƏBƏRDARLIQ: Bu simptomlar varsa...


Bəziləri bunun COVID-19 virusunun mutasiyaya uğramış yeni variantının olduğunu da iddia edirlər.

Bəs bu virus nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Vasif Əliyev deyib ki, bu cür simptomlara səbəb olan yüzlərlə virus ola bilər:

“Hər bir insanda fərqli viruslar səbəbindən bu cür xəstəlik yarana bilər. Bu əlamətlər qripdə, koronavirusda, adenovirusda və bir çox virusda ola bilər. Həmçinin, ölkədə konkret olaraq ciddi bir epidemik hal olmadığına görə hər birinə bağlı ola bilər. Yəni konkret bir virusa bağlamaq olmaz, hər biri eyni əlamətləri yarada bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO