Paşinyandan Azərbaycana növbəti ittiham

Paşinyandan Azərbaycana növbəti ittiham

Hazırda oxunan: Paşinyandan Azərbaycana növbəti ittiham

21009

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanı Ermənistanın suverenliyini pozmaqda günahlandırıb.

Bizim.Media Ermənistan Nazirlər kabinetinin rəsmi açıqlamasına istinadən xəbər verir ki, Paşinyan Təhlükəsizlik Şurasının iclasında bu haqda danışıb.

“Bu gün səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri Qaragöl bölgəsinə doğru 3,5 kilometr irəliləyərək  ərazini mühasirəyə almağa cəhd ediblər. Bu hərəkətlər Ermənistan üçün qəbuledilməzdir. ”- deyə Paşiyan çıxışında bildirib.

Paşinyan, həmçinin Ermənistanın mövcud vəziyyətlə barışmayacağını, lakin problemi danışıqlar yolu ilə həll etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi mayın 12-si səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin Sünik bölgəsində sərhədlərin dəqiqləşdirilməsi üçün müəyyən tədbirlər gördüyünü açıqlayıb.

Lakin Azərbaycanın tərəfinin hansı tədbirlər görməsi haqqında dəqiq məlumat verilməyib. Sərhəddəki vəziyyət Ermənistan xarici işlər naziri Ara Ayvazyan və Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən də çərşənbə günü müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO