Qeybə çəkilən taksilər nə vaxt zühur EDƏCƏKLƏR?

Qeybə çəkilən taksilər nə vaxt zühur EDƏCƏKLƏR?

Hazırda oxunan: Qeybə çəkilən taksilər nə vaxt zühur EDƏCƏKLƏR?

209939

Adətən taksi təcili harasa getmək üçün, yaxud fors-major hallarda istifadə edilən nəqliyyat növü hesab olunur. Lakin xarici tətbiqlərin ölkəmizə ayaq açmasından sonra, xüsusilə də pandemiya dönəmində taksilərdən istifadə kütləvi hal almağa başladı. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb olmaqla yanaşı, taksi sistemində keyfiyyətə də ciddi zərbə vurdu

Taksilərin sayı 2 dəfəyə qədər azalıb
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüləri üçün növbəti dəfə imtahan keçiriləcək – BU TARİXDƏ


2024-cü ildə taksilərlə bağlı bir çox yeni qərarlar qəbul edildi. Bunda məqsəd həm taksilərin keyfiyyətini artırmaq, həm də nəzarəti gücləndirmək idi. Köhnə avtomobillər sıradan çıxarıldı, taksi sürücüləri üçün xüsusi sertifikatlaşdırılma sisteminə keçirildi. Amma bu cür islahatların tətbiqi taksilərin sayının azalmasına səbəb oldu. Belə ki, əvvəllər 60-70 000 taksi sayı hazırda 35 minə enib

Belə olan halda isə qiymətlərin yüksəlməsi ilə yanaşı, taksi tapmaq da müşkül məsələyə çevrilib. Artıq 15-20 dəqiqə taksi gözləmək, pik saatlarda, ümumiyyətlə, taksi tapmamaq adi hala çevrilib.

Bəs taksi problemi nə zaman həll oluna bilər?

Nəqliyyat eksperti Yasin Mustafayev Bizim.Media-ya bildirib ki, islahat dövrü olduğu üçün taksi çatışmazlığı var. Onun sözlərinə görə, bunun qaydasına düşməsi üçün vaxt lazımdır: 

“İslahatlar hazırda nizamlanma prosesindədir. Bununla bərabər təlatüm yaşanır, müəyyən uyğunsuzluqlar, taksilərin azalması kimi problemlər yaranır. İslahatlar zamanı belə çətinliklərin yaranması labüddür. İslahatlar başa çatana qədər uyğunlaşma prosesi davam edəcək. Bütün bu proseslərin sonunda oturuşmuş fəaliyyət görəcəyimizə ümid edirəm”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO