Azərbaycana xaricdən pul köçürmələri 1 milyard manatı ÖTÜB

Azərbaycana xaricdən pul köçürmələri 1 milyard manatı ÖTÜB

Hazırda oxunan: Azərbaycana xaricdən pul köçürmələri 1 milyard manatı ÖTÜB

209928

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manata bərabər olub. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.9% və ya 450.9 milyon manat, banklardan xaricə köçürmələr isə 17.6% və ya 64.6 milyon manat azalıb. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 509.1 milyon manat daxil olub.

Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO