Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
Bildirib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.
Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 03.09.2024
Tozlu hava şəraiti nə vaxta kimi davam edəcək?
Hazırda oxunan: Tozlu hava şəraiti nə vaxta kimi davam edəcək?
Hazırda oxunan: Tozlu hava şəraiti nə vaxta kimi davam edəcək?
209729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.