Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan çox pulunu ələ keçirib.
M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:31 / 02.09.2024
Şirvanda 30 min manatlıq dələduzluq edən şəxs saxlanıldı – FOTO
Hazırda oxunan: Şirvanda 30 min manatlıq dələduzluq edən şəxs saxlanıldı – FOTO
Hazırda oxunan: Şirvanda 30 min manatlıq dələduzluq edən şəxs saxlanıldı – FOTO
209582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.