“Xarıbülbül” festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub - İlham Əliyev - FOTO

“Xarıbülbül” festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub - İlham Əliyev - FOTO

Hazırda oxunan: “Xarıbülbül” festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub - İlham Əliyev - FOTO

20947

“Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik”.

Bizim.Media xəbər verir ki, bu sözləri mayın 12-də Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO