"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Kilian Mbappenin kluba uyğunlaşması və çıxışı haqda danışıb.
Bizim.Media xəbər verir ki, o, 26 yaşlı hücumçunun ardıcıl 3 matçda qol vurmaması barədə bunları deyib:
"Mbappe irəliləyir. O, çox işləyir. Kilianın adaptasiyası yaxşı gedir. O, sonuncu dəfə avqustun 14-də “Atalanta” ilə matçda qol vurmuşdu. Cəmi 2 həftə keçib. Mbappeyə görə narahat olmaq lazım deyil. Nə biz, nə də o narahat olmamalıdır. Kilian qol vurmaq istəyir. Əminəm ki, o, bunu edəcək”.
Xatırladaq ki, Kilian Mbappe bu mövsüm "Real" ilə 4 rəsmi matçda cəmi 1 qol vurub.
Bizim.Media