2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,7 % çoxdur.
Məlumata görə, bunun 82,4 %-i və ya 117-si Qarabağ iqtisadi rayonunun, 17,6 %-i və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,8 % və 25 % çoxdur.
Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 13,1 % artaraq 1 218-ə çatıb. Qarabağ iqtisadi rayonunda fərdi sahibkarların sayı 11,6 % artaraq 1 070-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 % artaraq 148-ə çatıb.
Ötən il işğaldan azad edilmiş ərazilərində istehsal olunmuş sənaye məhsulunun dəyəri 298,679 milyon manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274,772 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23,908 milyon manat olub. Bu da, 2022-ci illə müqayisədə müfaviq olaraq 48,6 %, 41,8 % və 3,4 dəfə çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib, neft-qaz sektorunda məhsul istehsalı 2 % azalıb, qeyri neft-qaz sektorunda isə 8 % artıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:36 / 31.08.2024
Qarabağda neçə sənaye müəssisəsi fəaliyyət GÖSTƏRİR? - RƏSMİ STATİSTİKA
Hazırda oxunan: Qarabağda neçə sənaye müəssisəsi fəaliyyət GÖSTƏRİR? - RƏSMİ STATİSTİKA
Hazırda oxunan: Qarabağda neçə sənaye müəssisəsi fəaliyyət GÖSTƏRİR? - RƏSMİ STATİSTİKA
209237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.