Rusiya qoşunlarını sərhəddən çox yavaş geri çəkir – KİYEVDƏN RƏSMİ AÇIQLAMA

Rusiya qoşunlarını sərhəddən çox yavaş geri çəkir – KİYEVDƏN RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Rusiya qoşunlarını sərhəddən çox yavaş geri çəkir – KİYEVDƏN RƏSMİ AÇIQLAMA

20919

Ukraynanın müdafiə naziri Andrey Taran Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını qismən çıxartdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.

Nazir bu gün “Ukrayna 30” forumunda hərbi təhlükə ilə bağlı vəziyyətdən danışıb.

"Bu gün səhər aldığım məlumata görə, Rusiya sərhədlərimizdən qoşunların çıxarılması ilə bağlı verdiyi vədləri yerinə yetirməyə tələsmir. Xüsusilə, kəşfiyyat bildirir ki, Rusiya çox yavaş-yavaş geri çəkilir. Düzdür, onlar geri çəkilirlər, lakin bu iş çox yavaş gedir və əsgərlərini may ayınadək çıxaracaqlarına dair dedikləri həqiqətə uyğun deyil”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, indiyə qədər dörd mindən çox rusiyalı hərbi qulluqçu geri çəkilməyib. O, Belarus ərazisindən Rusiyanın hücum təhlükəsinin olmadığını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO