Ermənistanda Qərbi Nil virusu sürətlə yayılır - Yoluxanların sayında artım var

Ermənistanda Qərbi Nil virusu sürətlə yayılır - Yoluxanların sayında artım var

Hazırda oxunan: Ermənistanda Qərbi Nil virusu sürətlə yayılır - Yoluxanların sayında artım var

209158

Xəbər verdiyimiz kimi son günlər Ermənistanda Qərbi Nil virusu yayılıb.

Bizim.Media xəbər verir ki,  artıq ölkədə Nil qızdırmasına yoluxanların sayı 92 nəfərə çatıb.

Hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.

Əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qrip virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur. Bəzi hallarda isə bu virus zamanı dəridə səpkilər əmələ gəlir. Qərbi Nil virusunun ağır forması isə mərkəzi sinir sisteminin zədələnməsi və meningitlə müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO