ABŞ “Paris İqlim Sazişi”ndən çıxdı

ABŞ “Paris İqlim Sazişi”ndən çıxdı

Hazırda oxunan: ABŞ “Paris İqlim Sazişi”ndən çıxdı

2091

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu, ABŞ-ın BMT-yə öhdəliklərdən çıxmaq istəyi barədə bildiriş verməsindən bir il sonra həyata keçirilib.

ABŞ Prezidenti Donald Tramp hələ 2017-ci ilin iyun ayında “Paris İqlim Sazişi”ndən çıxma istəyi barədə elan etmişdi.

Onun fikrincə, sənəd ABŞ şirkətləri və vergi ödəyicilərinə qeyri-şəffaf iqtisadi öhdəliklər qoyub. Ağ Ev rəhbəri Vaşinqtonun sonradan daha əlverişli şərtlərlə müqaviləyə yenidən qoşula biləcəyini deyib.

Rəsmi açıqlamadan qısa müddət sonra isə seçkilərdə qalibiyyətə yaxın olan demokrat namizəd Co Bayden ölkəsinin müqaviləni 77 gün içində bərpa edəcəyini elan edib.

Beləliklə o, prezidentliyə seçiləcəyi təqdirdə həyata keçirəcəyi siyasətin ilk siqnalını verib.

Trampın qərarına dünya miqyasında reaksiyalar sürətli oldu. Almaniya bu qərarın beynəlxalq iqlim siyasəti baxımından son dərəcə üzücü olduğunu bildirib.

Qeyd edək ki, “Paris İqlim Sazişi” 12 dekabr 2015-ci ildə iqlim dəyişikliyinə dair Çərçivə konvensiyasının XXI konfransından sonra qəbul edilib. Sazişə əsasən iştirakçı ölkələr planetdəki ortalama hərarətin sənaye öncəsi dövrlə müqayisədə 2100-cü ilədək Selsi üzrə iki dərəcədən çox artmasının qarşısını almaq razılığına gəliblər. Sənəd xüsusilə istixana qazlarının azaldılmasını nəzərdə tutur.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO