"Virtual məktəb"də 1-ci sinif üzrə qeydiyyat açıqdır

Hazırda oxunan: "Virtual məktəb"də 1-ci sinif üzrə qeydiyyat açıqdır

2086

Bu barədə Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib. Qeyd olunub ki, 2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatı artıq mümkündür.

Belə ki, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb.

Qeydiyyat üçün //virtual.edu.az  saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

1-ci sinif üzrə qeydiyyatdan keçməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şagirdlər saytda "Qeydiyyat" bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər.

Nazirlikdən bildirilir ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatıb.

Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO