Ağadadaş Ağayev əməliyyat olunacaq – Hacı Nurandan PAYLAŞIM - FOTO

Ağadadaş Ağayev əməliyyat olunacaq – Hacı Nurandan PAYLAŞIM - FOTO

Hazırda oxunan: Ağadadaş Ağayev əməliyyat olunacaq – Hacı Nurandan PAYLAŞIM - FOTO

20855

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran İnstagram səhifəsində paylaşım edib.

“Sabah mənimçün önəmli bir gündür. İndidən Tanrıya dua edirəm və tanıdığım bütün dostlarımı, yaxınlarımı mənə qoşulmağa, öz dualarını əsirgəməməyə çağırıram, çünki sabah mənim əziz qardaşım, Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Həmid oğlu Ağayevin (10.01.1956) növbəti əməliyyatıdır. Həyat yoldaşı, mən, bütün həkim personalı, bütün doğmaları onun üçün dua edir. Bu, olduqca ağır əməliyyatdır, amma hamımız əminik. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi. Zatən Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub.

O da mərdcəsinə qalib gəlib hər zaman. Mən bunun şahidiyəm çünki Ağadadaş Ağayevin bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahiblənib. Bu gün səhhəti sınayır onu. Əsrin bəlası olan xərçəng xəstəliyə Ağadadaş qalib gələcək. Göydə Allahın, yerdə həkimlərin möcüzəvi əlləri sayəsində. Tanrı qorusun, böyük qardaşım mənim. Sabahkı əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!”, deyə Hacı Nuran yazıb. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO