Putin Kazan terroruna görə başsağlığı verdi  - Tatarıstanda matəm olacaq - FOTO

Putin Kazan terroruna görə başsağlığı verdi  - Tatarıstanda matəm olacaq - FOTO

Hazırda oxunan: Putin Kazan terroruna görə başsağlığı verdi  - Tatarıstanda matəm olacaq - FOTO

20834

Rusiya prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustin, Baş nazirin müavini Tatyana Qolikova və Fövqəladə Hallar Naziri Yevgeni Ziniçev ilə telefonda danışaraq atışmanın baş verdiyi Kazan məktəbindəki vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi dövlət başçısının mətbuat katibi Dmitri Peskova istinadən yayıb.

O, jurnalistlərə açıqlamasında göyərtəsində həkimlər və psixoloqlar olan Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin məktəbdəki atışma zamanı xəsarət alanlara yardım göstərmək üçün Kazana uçacağını bildirib.

Xatırladaq ki, hadisə ilə bağlı Tatarıstanda sabah matəm olacaq.  Atışma şübhəlilərindən biri tutulub, ikincisi ləğv edilib. Bu haqda bir mənbə “RİA Novosti”yə deyib. 

Tatarıstan başçısı Rüstəm Minnixanov hadisə yerinə gələrək geniş açıqlama verib. Onun sözlərinə görə, məktəbdə 4 oğlan və 3 qız ölüb, 16 nəfər (12 uşaq və 4 böyük) xəstəxanaya aparılıb. 

Tatarıstan rəhbəri məktəbə kimin atəş açdığı barədə ilk rəsmi məlumat verib. Həmin qatil 19 yaşındadır və istifadə etdiyi silah rəsmi olaraq qeydiyyata alınıb. Həmin şəxsə silah icazəsi bu yaxınlarda - 28 aprel tarixində verilib.

Aydın olub ki, atışmanın baş verdiyi Kazan məktəbində heç bir mühafizə olmayıb. Rusiya Dövlət Duması Kazan faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla edib. 

Son anda verilən informasiyaya görə, atışmada yaralanan 6 uşağın vəziyyəti ağırdır. Kazanın bütün məktəblərində sabah dərslər ləğv ediləcək, bölgənin bütün təhsil müəssisələrində yoxlama aparılacaq.

Daxili İşlər Nazirliyi Kazan məktəbindəki hadisədən sonra əks-terror əməliyyatı rejimi tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO