İsrail ordusu Qəzza zolağından ölkəyə 200-dən çox raket atıldığını, buna cavab olaraq “Həmas” hərəkatının və Fələstinin “İslam Cihadı” qrupunun 130 hədəfinin vurulduğunu deyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb. Mənbə yazır ki, zərbələr nəticəsində 15 “Həmas” üzvünün öldürüldüyü də qeyd edilir.
"Qəzzadan İsrailə atılan 200-dən çox raketə cavab olaraq, 15 “Həmas” terrorçusu öldürüldü və Qəzzadakı 130 “Həmas” və “İslam Cihadı”ının hədəfinə zərbə vuruldu. Bunlar iki tunel, “Həmas” hərbi kəşfiyyatının məntəqəsi, silah istehsal edilən və saxlanılan anbarlardır". İsrail ordusunun “Twitter”dəki şərhində belə deyilir.
Qeyd edək ki, fələstinlilərlə israillilər arasında toqquşmalar bir neçə gündür davam edir.
Bundan əvvəl “Həmas” bəyan edib ki, İsrailin Şərqi Qüdsdəki Əl-Əqsa məscidindən və Şeyx Cərrah bölgəsindən əsgərlərini geri çəkmək üçün bazar ertəsi günü axşam saat 6-ya qədər vaxtları var.
Sonra Qəzza zolağından İsrail ərazisinə təxminən 150 raket atıldığı, bunların “Dəmir Qübbə” raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.
“Həmas”ın hərbi qanadı Əl-Qəssam briqadası İsraili qisas almaqla təhdid edərək Əl-Əqsa məscidi ərazisindəki əsgərlərini geri çəkmək üçün iki saat daha vaxt verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:04 / 11.05.2021
Fələstinlilərlə israillilər arasında nə baş verir? – Döyüş meydanından SON MƏLUMATLAR
Hazırda oxunan: Fələstinlilərlə israillilər arasında nə baş verir? – Döyüş meydanından SON MƏLUMATLAR
Hazırda oxunan: Fələstinlilərlə israillilər arasında nə baş verir? – Döyüş meydanından SON MƏLUMATLAR
20806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.