“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası VERİLDİ

“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası VERİLDİ

Hazırda oxunan: “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası VERİLDİ

208038

Audiovizual Şurasının növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda iki məsələ müzakirə olunub. 

İlk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məsələsi müzakirə olunub.

Bu məqsədlə Audiovizual Şuranın qərarı ilə Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından 46-cı TV yayım kanalı və Ağdərə rayonu ərazisində yerləşən "Həsənriz kənd" radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı infrastruktur operatoru olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılıb. 

Sonra Azərbaycan Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunub. 
 

Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: "Naxçıvan TV") lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: "Naxçıvan Radiosu") lisenziyası verilib.


Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə "Naxçıvan TV"yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO