Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. Bu gün Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək ki, bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.
Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.
Bizim.Media