Eldəniz Məmmədov:

Eldəniz Məmmədov: "Efirdə çox tərbiyəsiz formada geyinirlər"

Hazırda oxunan: Eldəniz Məmmədov: "Efirdə çox tərbiyəsiz formada geyinirlər"

20633

Xanəndə Eldəniz Məmmədov estrada ifaçılarının geyimlərini tənqid edib.

Bizim.Media xəbər verir ki, sənətçi ATV-də yayımlanan "Birə-bir" proqramında xanım müğənnilərin çox açıq geyindiyini deyib.

"Milli mentaliteti geyimdə qorumalıyıq. Bir az abırlı geyinmək lazımdır. Açıq-saçıq olmaz. Efirlərdə çox tərbiyəsiz formada geyinirlər. Aşırı olmaz, azərbaycanlı olmağımızı qorumalıyıq. Demirəm estrada müğənnisi xanəndə kimi geyinsin.

Elə geyimlər var ki, onları geyinmək olmaz. Bizim estrada müğənniləri var ki - Tünzalə Ağayeva, Natavan Həbibi yaxşı geyinir. Təzə gələnlər aşırıdır, xoşagəlməyən geyimlərdədirlər".

Eldəniz Məmmədov "Bəs, Səidə Sultan" sualına "Köhnə müğənnilərdəndir, yeni deyil. Çox açıq geyinir" cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO