Türkiyəli bəstəkar Qarabağın azad edilməsinə mahnı bəstələdi - VİDEO

Türkiyəli bəstəkar Qarabağın azad edilməsinə mahnı bəstələdi - VİDEO

Hazırda oxunan: Türkiyəli bəstəkar Qarabağın azad edilməsinə mahnı bəstələdi - VİDEO

20595

Türk və ABŞ musiqiçiləri Qarabağın azad olunmasına mahnı həsr ediblər.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Türk bəstəkarı Turqay Evren bəstələdiyi musiqi əsərini  ABŞ müğənnisi Della Maylz ifa edib.

Bəstəkarın "Many Years Ago" ("İllər əvvəl") adlı mahnısı Qarabağın işğaldan azad edilməsinə həsr olunub.

Müğənni Della Maylz tərəfindən ifa edilən kompozisiya Şuşa şəhərində 1992-ci ildə baş verən faciəli hadisələrin xatirəsinə mayın 8-də Twitter və “YouTube”də yayımlanıb.

"Ermənilər Azərbaycanın dinc sakinlərinə, qadınlara və uşaqlara qarşı bir çox cinayətlar törədiblər. Azərbaycan xalqının ağrıları uzun illərdir qəlbimdə əks-səda verir”, - deyə bəstəkar Turqay Evren bildirib.

Bəstəkar qeyd edib ki, Cənubi Qafqaz həqiqətlərini dünyaya çatdırmaq üçün Qarabağın azad edilməsinə ingilis dilində mahnı bəstələmək qərarı verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO