Ölkədə svetaforu olmayan yeganə rayonun yarandığı gündür - FOTO

Ölkədə svetaforu olmayan yeganə rayonun yarandığı gündür - FOTO

Hazırda oxunan: Ölkədə svetaforu olmayan yeganə rayonun yarandığı gündür - FOTO

205723

Yardımlı rayonu 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilib. Bu tarixədək bu ərazi inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi.

1 noyabr 1931-ci il tarixinə 900 km² olan rayon ərazisində 97 kənddə 1 yanvar 1930-cu il tarixinə olan cari hesablamalara əsasən 20.651 nəfər əhali yaşayırdı.

1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı. Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.

Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, qoyunçuluq və arıçılıqla məşğuldur. Yardımlı həm də rayon daxilində svetaforu olmaması ilə fərqlənir. Bunun səbəbi rayonda bir əsas yolun olması və dağlıq ərazidən ibarət olmasındadır. Hazırda rayon əhalisinin sayı 70 mindən çoxdur. 




Sabutay, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO